waplog

“Apple” şirkəti “iPad” və “iPhone” quraşdırılmasında zəhərli kimyəvi birləşmələrdən istifadədən imtina edib


“Associated Press” agentliyi “Apple” şirkəti “iPad” planşet kompüterləri və “iPhone” smartfonları daxil olmaqla, öz qurğularının quraşdırılmasında iki kimyəvi birləşmədən istifadədən imtina edib.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, cari ilin martında korporasiyanın qərargahına “Green America” şirkətindən istehsalatda təhlükəli kimyəvi birləşmələrin istifadəsini qadağan edən ərizə göndərilib.
 
“Apple” mütəxəssisləri dörd ay ərzində bu məsələ ilə bağlı araşdırma aparıb və bu maddələrin şirkətin 22 xarici fabrikində işləyən 500 min əməkdaşının sağlamlığına ziyanı ilə bağlı heç bir sübut aşkar etməyiblər. Bu halda, 18 fabrikin ərazisində maddə aşkar edilməyib, digər dördündə lazımi miqdarda benzol və n-heksan istifadə olunub.
 
Bununla belə, şirkət “iPad”, “iPhone”, “iPod”, “Mac” kompüterləri, həmçinin aksessuarlarda son mərhələdə sözügedən maddələrdən istifadə ilə bağlı rəsmi qərar qəbul edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL