waplog

“eManat” terminallarında “Kassam.az” elektron pul kisələri sistemində balans doldurmaq olar


“Modenis” şirkətinin “eManat” ödəniş terminallarında “Kassam.az” elektron pul kisələri sistemində balans doldurmaq olar.

“ICTnews” xəbər xidmətinin məlumatına görə, “Kassam.az” onlayn ödəmə sistemidir, bu sistemdə qeydiyyatdan keçərək vəsaiti onlayn şəkildə artırmaq və ödənişlər həyata keçirmək olar. Sistemdə komissiyasız ödənişlər həyata keçirmək mümkündür. 
 
Hazırda  “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif  ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsi ilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi, bank kartları və s. ödənişləri həyata keçirmək mümkündür. “eManat”  vasitəsilə ödəmə xidmətləri pulsuzdur. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL