waplog

Bakının “3D” görüntüləri beynəlxalq tədbirdə nümayiş olunub


Ölkəmizin abidələrinin memarlıq nümunələrinin multimedia görüntüləri dünyaya təqdim olunub.
 
Bu barədə “ICTnews.az”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan Memarlar İttifaqının (AMİ) nümayəndə heyəti Durban şəhərində (Cənubi Afrika Respublikası) “Architecture other where” – “Müxtəlif yerlərdə memarlıq” mövzusunda keçirilən Beynəlxalq Memarlar İttifaqının  XXV Beynəlxalq Konqresində iştirak ediblər.
 
AMİ nümayəndələri konqres iştirakçılarına Azərbaycan və Bakının müasir memarlıq mövzusunda  “3D” görüntülərini nümayiş etdirməklə yanaşı, onları  ölkəmizin müasir memarlıq yaradıcılığı ilə də tanış etmişlər: “Şəhər və rayonlarımızda müasir memarlığımızın inkişafında Azərbaycan memarları və tələbələrinin yaradıcı ideyaları təqdim edilib”, -deyə XİN-dən bildirilib. 
 
Konqres çərçivəsində, həmçinin, Azərbaycanın memarlıq nailiyyətləri nümayiş etdirən sərgi tərtib edilib. Bununla yanaşı, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə etdiyi çıxışı zamanı müasir Azərbaycan memarlıq məktəbinin nailiyyətlərini qeyd edərək erməni təcavüzünün Azərbaycanın memarlıq irsinə zərəri və işğal olunmuş ərazilərdə abidələrin məhv edildiyi barəsində məlumatı iştirakçıların diqqətinə çatdırıb.
 
Beynəlxalq Konqres Mərkəzinin zallarında nümayiş etdirilən xarici şəhərsalma layihələri, istirahət zonaları,  Durban şəhərinin, sosial, mədəni və iqtisadi bərpası yenidən qurulma layihəsi - AFRICA'S “SMART-CITY” konqres iştirakçılarının diqqətini çəkib.

Azərbaycan Memarlar İttifaqının nümayəndələrinin digər ölkələrin heyət rəhbərləri və Beynəlxalq Memarlar İttifaqının yeni rəhbərliyi ilə gələcək əməkdaşlıq və İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin “Bakı-2015” hazırlanması və keçirilməsinə aid bir neçə işgüzar görüşləri baş tutub.
 
Məlumat üçün bildirək ki, Beynəlxalq Memarlar İttifaqı bütün dünyada milli memarlıq təşkilatlarını birləşdirmək məqsədilə 28 iyun, 1948-ci ildə Lozannada (İsveçrə) yaradılıb. Bu qeyri-hökumət təşkilatı YUNESKO-da qeydə alınıb.
 
Beynəlxalq Memarlar İttifaqının yaradılması haqda qərar 1946-cı ilin sentyabr ayında Londonda, Sovet Memarlar İttifaqının da nümayəndələrinin iştirak etdiyi görüşdə qəbul edilib. Beynəlxalq Memarlar İttifaqının tərkibinə dünyanın 124 ölkəsi və 1,3 milyondan çox memarı daxildir.
 
SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL