waplog

Sürücülərlə bağlı informasiya bazası yaradılır



Ölkədə sürücülərlə bağlı  informasiya bazası yaradılacaq.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, burada əsas məqsəd marşrut xətlərində avtobusları idarə edən şəxslərlə bağlı məlumatların toplanmasıdır.
 
Artıq bu istiqamətdə müəyyən işlər görülür və ölkədə ehtiyat sürücü bazası formalaşdırılır.
 
Nəqliyyat Nazirliyi (NN) tərəfindən həyata keçirilən sözügedən fəaliyyət nəticəsində sahibkarlara sürücülər barədə məlumat veriləcək.
Nazirlikdən bildirilib ki, hər hansı bir avtobusda qəza törədən sürücü sabah digər bir sahibkara müraciət edərək başqa marşrutda işə düzəlmək istəyərsə, onun barədə sahibkara məlumat əldə edə biləcək.
 
“Yəni həmin sürücünün iş qabiliyyətinin yaxşı və ya pis olması, qəza törədib-törətməməsi barədə sahibkar bilgiləndiriləcək”, – deyə NN-dən bildirilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL