waplog

“HP” və “Google” tərəfdaş oldular


“Apple” korporativ seqmentdə “İBM”ə güvənirsə, “Google” bu istiqamətdə istifadəçilərə özü birbaşa yol tapıb.
 
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata görə, , ”Google” korporativ seqment üzrə “HP” ilə əməkdaşlıq qurur və birgə  iş “Google Now” üzərində aparılacaq.  Belə ki, “HP” şirkəti “Nexus” qurğusuna maraq göstərir.

Maraqlıdır ki,  “HP” daha əvvəl  “Apple” şirkətinə “Korporativ Siri” kimi kiçik mühərrikin yaradılması ilə bağlı müraciət edib. Bu əməkdaşlıq  biznes-müştərilərə sual verməyə imkan verəcək və bu suala cavab vermək üçün “Siri” onların məlumat bazasına müraciət edəcək.

“Google Now”  isə “Siri” səsli köməkçisinin funksiyalarına malik olmasa da, güclü axtarış alətidir. O istifadəçisinə informasiya kartı kimi xidmət edəcək.
 
“The Information” bildirib ki, “Google” bu razılaşmanın əldə edilməsində o qədər də maraqlı olmayıb. Lakin “Apple” şirkətinin qurğuların korporativ seqmentə çıxarılması sahəsində göstərdiyi  əhəmiyyətli səylər “Google”u məntiqli addım atmağa sövq edib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL