Rusiya yeni məxfi peyk rabitəsi sistemini yaradır
Rusiya, büdcəsi 65 milyard rubla başa gələcək, yeni məxfi peyk rabitəsi sistemini yaradır.
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda fərdi kosmik rabitə infrastrukturunun yaradılması üzərində işlər aparılır. Bu, peyk rabitəsinin məxfiliyini təmin edə biləcək. 2016-2025-ci illəri əhatə edən Federal Kosmik Proqrama (FKP) uyğun olaraq “Roskosmos” və Rusiyanın Müdafiə Nazirliyi, məxfi mobil rabitə yaratmaq məqsədi ilə “Ellips” kosmik kompleksini yaratmaq təklifini irəli sürüb.
FKP-nin müəlliflərinin gözləntilərinə əsasən, sistemin ötürmə qabiliyyəti 2025-ci ilədək 120 gigabit təşkil edəcək, bu da milyonadək yüksəksürətli abunə terminalına eyni vaxtda xidmət göstərməyə imkan verəcək.
Ehtimal edilir ki, “Ellips” ölkə rəhbərliyi və hərbçilər tərəfindən təhlükəsiz rabitə qurmaq üçün istifadə ediləcək. Sistem yeni nəsil kosmik aparatlar olan “Гонец1” və “Гонец2” üzərində işləyəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL