waplog

“Apple” istifadəçi məlumatlarını Çindəki serverlərdə saxlayacaq


“Reuters” agentliyi yazır ki, “Apple” şirkəti bəzi çinli istifadəçilərin şəxsi məlumatlarını Çinin ərazisində yerləşmiş serverlərdə saxlamağa başlayıb.
 
Yerli senzuraya görə Çində data mərkəzlər tikməkdən imtina edən bir çox ABŞ şirkətlərindən fərqli olaraq “Apple” bu addımı atıb. Məhz çinli istifadəçilərin məlumatlarının Çində saxlanılmasına etiraz etdiyi üçün “Google”un xidmətləri ölkədə bloklanıb.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple” öz qərarını “bulud” “iCloud” xidmətinin işini yaxşılaşdırmaqla izah edib. Nəzəriyyə görə, server istifadəçiyə coğrafi cəhətdən nə qədər yaxındırsa, ondan istifadə edən xidmət daha sürətli işləyir.
 
 
Məlumatlar “China Telecom” rabitə operatorunun serverlərində saxlanılacaq. Bununla belə, “Apple”dan bildirilib ki, məlumatlar şifrlənəcək və operator istifadəçilərin məzmununa giriş əldə edə bilməyəcək.
 
“Reuters” yazır ki, “Apple” şirkəti şifrələnmə açarlarını Çindən kənarda saxlayacaq.
 
Çin hazırda “Apple” üçün vacib bazarlardan biridir. Belə ki, aprel-iyun aylarında regionda “iPhone” smartfonlarının satış həcmi təxminən 50 faiz artıb.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL