Azərbaycan “NANO 2014 - Nanostrukturlu materiallar” beynəlxalq konqresində iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşı Moskvada beynəlxalq tədbirdə iştirak edib.
AMEA-dan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycanı tədbirdə Radiasiya Problemləri İnstitutunun əməkdaşı Rövşən Xəlilov təmsil edib.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika və Biologiya fakültələrində ezamiyyətdə olan R.Xəlilov MDU-nun alimləri ilə birgə müasir cihaz və üsullarla bağlı bir sira elmi-tədqiqat işlərini yerinə yetirib.
Azərbaycanlı alim, həmçinin universitetdə keçirilmiş “NANO 2014 - Nanostrukturlu materiallar” XII Beynəlxalq konqresdə məruzə ilə çıxış edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL