Videokartlara tələbat kəskin aşağı düşüb
“Jon Peddie Research” şirkəti 2011-ci ilin ikinci rübündə diskret videokart istehsalçılarının bazar paylarını qiymətləndirib. Analitiklər qrafik videokartlara tələbatın kəskin aşağı düşməsini qeyd ediblər. Belə məmulatların satışları 19 milyondan (birinci rüb) 16,1 milyona (ikinci rüb) qədər azalıb. Azalma 15,2% təşkil edib.
Satış həcmlərinin azalması qeyri-stabil iqtisadi vəziyyət və kompyuter prosessorları istehsalçılarının hesablama nüvələrini və qrafik kontrolleri birləşdirən hibrid həllərə keçidi ilə izah olunur.
Diskret videokartların ən böyük təchizatçısı 59% bazar payı ilə “nVidia” şirkətidir. 1 il əvvəl bu şirkət bazarın 57,9%-nə, 2011-ci ilin birinci rübündə isə 59,1%-nə nəzarət edib. “AMD” şirkətinin bazardakı payı 40,6% təşkil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL