waplog

“Google” şirkəti çox böyük həcmli məlumatlar üçün VBİS yaradıb


Böyük ölçülü məlumat bazası ilə işləyərkən yaranan problemlərə həsr edilmiş "VLDB 2014" konfransında "Google"un mütəxəssisləri şirkətin yeni həlli olan "Mesa" adlı Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS) haqqında ətraflı məlumat veriblər.

Yeni VBİS petabaytlarla məlumatı saxlamağa, saniyədə milyonlarla yazını yeniləməyə və gündəlik trilyonlarla sorğunu icra  etməyə "qadirdir". Bu azmış kimi, üstəlik, "Mesa" bir neçə məlumat emalı mərkəzində paralel işləyə bilər.
 
"ICTnews" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, "Google" şirkəti öz reklam biznesi üzrə məlumatların saxlanılması və təhlili üçün öz VBİS sistemini yaradıb. Çünki mövcud sistemlərdən heç biri bu imkana malik olmayıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL