waplog

Planşetlər bazarında üçüncü rübdə artım olacaq


“Digitimes Research” analitik şirkətinin proqnozuna görə, üçüncü rübün yekunları üzrə dünya planşet kompüterlər bazarı bu il ilk dəfə olaraq həm rüblük, həm də illik hesablamada artım nümayiş etdirəcək.

 
İkinci rübdə dünyada 55,06 milyon planşet tədarük edilib ki, bu da bazar həcminin 42,5 milyon ədəd qiymətləndirildiyi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz çoxdur. Lakin cari ilin birinci rübü ilə müqayisədə sahənin həcmi 4,5 faiz azalıb.


Analitiklər tədarükün azalmasını bazarda məhsul bolluğu və noutbuk və transformasiya edilən qurğuların rəqabətinin güclənməsi ilə izah edirlər. Nəticədə ötən rübdə iki aparıcı planşet istehsalçısı – “Apple” və “Samsung” satış həcminin azalması ilə qarşılaşıb.

Proqnozlara görə, cari rübdə dünyada 68,5 milyon planşet tədarük ediləcək. Gözləntilər özünü doğrultsa, ilin birinci rübü ilə müqayisədə artım 23,8 faiz təşkil edəcək. Bu halda illik hesablamada tədarük həcmi 9 faiz artacaq.


Lakin sonradan artım tempinin zəifləyəcəyi proqnozlaşdırılır. Belə ki, analitiklərin fikrincə, dördüncü rübdə planşetlərin tədarükü 2013-cü ilin son rübü ilə müqayisədə yalnız 0,5 faiz artacaq, - “3DNews” www.3dnews.ru yazır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL