waplog

İstehlak bazarında “3D” çap texnologiyasının kütləvi tətbiqinə 5-10 il vaxt lazımdır


"Həcmli çap texnologiyalarının sürətlə inkişaf etməsinə baxmayaraq, onların bəzi sahələrdə kütləvi tətbiqinə 10 ildən çox vaxt lazım ola bilər".  "Gartner" analitikləri belə hesab edirlər.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna əsasən, "3D" texnologiyası biznes mühit və tibbi sahədə daha sürətlə tətbiq olunacaq. Hesab edilir ki, 2-5 il sonra "3D" çap korporativ istifadəçilər tərəfindən kifayət qədər geniş tətbiq ediləcək.
 
Həmçinin bu texnologiya tibb sahəsində də geniş yayılacaq: "3D" çap texnologiyasının protezləmə və implantların istehsalında istifadə olunacağı gözlənilir.
 
Eyni zamanda sözügedən texnologiyanın istehlak bazarına daxil olması 5-10 il vaxt alacaq.
 
"Hazırda dünya üzrə təxminən 40 istehsalçı biznes istifadəçiləri üçün nəzərdə tutulmuş "3D" printerlər satır. Eyni zamanda, 200-dən çox startap istehlakçılar üçün nəzərdə tutulmuş həcmli çap üçün qurğular hazırlayır və satır. Startapçılar tərəfindən hazırlanan qurşuların qiyməti bəzi hallarda bir neçə yüz dollardan başlayır, ancaq bu da belə texnikanın kütləvi tətbiqinə şərait yaratmır", – "Gartner"in tədqiqatlar üzrə vitse-prezidenti Pit Basiler deyib.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL