“Azərbaycan tarixinə və mədəniyyətinə “3D” virtual səyahət” adlı layihə yekunlaşıb (FOROLAR)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (GF) maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin dəstəyi ilə keçirilən "Azərbaycan tarixinə və mədəniyyətinə "3D" virtual səyahət" adlı layihə yekunlaşıb.
Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş IV qrant layihəsi çərçivəsində 6 ay müddətinə həyata keçirilib.
Layihənin məqsədi Bakıda yerləşən tarixi abidələr, məscidlər,qalalar, qoruqlar və muzeylərə tamamilə yeni bir metodla - "3D" virtual səyahət formatında "online" izləyərək, əhaliyə internet vasitəsilə səyahət etmə imkanını verməkdir.
GF-dan qeyd edilib ki, layihə çərçivəsində "www.3DBaku.com" adlı sayt yaradılıb və bır çox məkanlar üzrə müasir texnologiyalara malik "3D" virtual səyahətlər proyeksiyasında çəkilişlər aparılıb. Belə ki, layihədə Bakı-Abşeron ərazisində yerləşən dünya və ya ölkə əhəmiyyətli tarixi abidələr və paytaxtın bir sıra muzeyləri iştirak edib. Bu məkanlar sırasına İçərişəhər, Qala AEMK, Mərdəkan və Ramana qalası, Tarix, Xalça, Qobustan, Numizmatika, Əntiq əşyalar və Miniatür kitablar muzeyləri və s. maraqlı yerlər daxil edilib. Saytda ümümilikdə 20-dən çox virtual səyahət məkanı yerləşdirilib.
Bununla yanaşı, hər bir "3D" virtual səyahət məkanına məxsus ayrılmış xüsusi səhifə yaradılıb ki, burada həmin abidənin və ya muzeyin tarixi, təyinatı haqqında məlumat, interaktiv xəritədə yerləşmə yeri əks olunub. Sayt "Muzeylər", "Qalalar" və "Tarixi abidələr" kateqoriyalarına bölünməklə 3 hissədən ibarətdir.
Virtual turların çəkilişləri fevral ayından başlayaraq iyul ayına kimi davam edib. Eynilə saytın yaradılması da öz növbəsində həmin periodda baş tutub.
Layihənin rəhbəri Abbas Abbasovun sözlərinə əsasən, bu yalnız böyük bir işin başlanğıcıdır. Belə ki, yaxın gələcəkdə layihəni genişləndirərək Azərbaycanda mövcud olan bütün tarixi abidələrlə bağlı "3D" virtual səyahətlər hazırlanacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL