Seysmik aktivliyin öyrənilməsi üçün naviqasiya sistemləri quraşdırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Massaçusets Texniki İnstitutu (ABŞ) ilə birgə seysmik aktivliyin öyrənilməsi üçün regionlarda naviqasiya stansiyaları quraşdırıb. Belə stansiyadan biri Neftçalada da qurulub.
Stansiya son 3 il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən sayca üçüncü stansiyadır. İlk iki stansiya Şəkidə yerləşən regional elmi mərkəzdə və Bakıda institutun əsas binasında fəaliyyət göstərir. Stansiya Geologiya İnstitutunda GPS üzrə alınmış məlumatların internet şəbəkəsi ilə ötürülməsinə imkan verir.
İnstitutun geofizika sahəsindəki elmi-tədqiqatlara qoyduğu əsas vəsaitlər GPS texnologiyasının elmi-tədqiqatlarının hazırlanması və təcrübəyə tətbiq edilməsinə cəmlənib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL