Azərbaycanlı mühəndislər pilotsuz mini təyyarə hazırlayıb (VİDEO)
Azərbaycanlı mühəndislər tərəfindən 80 dəqiqə havada qala bilən pilotsuz mini təyyarə hazırlanıb. "Bayquş" adı verilən bu hazırlanma rekorda da imza atıb. Belə ki, indiyədək praktiki olaraq mini həcmli təyyarələrdə ən çox havada qalma müddəti 60 dəqiqə təşkil edib.
"ICTnews" Elektron xəbər xidmətinin məlumatına görə, xüsusi optimizasiyalar ilə 80 dəqiqə havada qala bilən bu mini təyyarə, eyni zamanda canlı görüntü və "3D" xəritə çəkmə funksiyaları ilə də təchiz edilib.
İndiyə qədər bir çox xarici investorlar layihəyə böyük maraq göstərib. Buna baxmayaraq, yaradıcılar yerli investorların diqqətini cəlb edərək mini təyyarənin istehsalını təşkil etmək və qlobal bazara çıxartmaq niyyətindədirlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL