“Apple” tədarükçüləri “iPhone 6” üçün ekran buraxılışında çətinliklə üzləşiblər
“Reuters” agentliyi yazır ki, “Apple” şirkətinin tədarükçüləri komponentlərdən birinin dizaynındakı dəyişikliyə görə, yeni “iPhone 6” smartfonları üçün lazımi miqdarda ekran buraxılışında çətinliklə üzləşiblər.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 9 sentyabr tarixində “Apple” şirkəti iki yeni “iPhone” smartfonunu (7.7 və 5.5 düym diaqonallı) nümayiş etdirəcək. Şayiələrə görə, yeni “iPhone” smartfonlarının arxa panelində “Apple”ın işıq salan loqotipi ola bilər, həmçinin qurğuya “NFC” modulu quraşdırıla bilər.
Bu ləngimənin smartfonun bazara çıxarılması müddətinə və ya buraxılışdan dərhal sonra istifadəçilərə əlçatan qurğuların sayına təsir edib-etməyəcəyi bilinmir. “Apple” şirkəti ənənəvi olaraq yeni “iPhone” smartfonlarını bayram mövsümü ərəfəsində buraxır.
“Japan Display”, “Sharp” və “LG Display” şirkətləri “iPhone 6” üçün ekran istehsalçılardır. Bu şirkətlərin nümayəndələri informasiyaya münasibət bildirməyiblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL