waplog

“Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” başa çatmaq üzrədir


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" layihəsi çərçivəsində işlər yekun mərhələsindədir.

Artıq Koreyadan ölkəmizə ezam edilən mütəxəssislər tərəfindən Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Qazax, Zaqatala, Lənkəran, İmişli, Qəbələ, Göyçay, Şirvan, Qusar, Şamaxı və  Şəki şəhərində Telekommunikasiya qovşaqlarının binasında Təlim mərkəzlərinin yaradılması üçün avadanlıqların qurulması işlərini başa çatdırıblar.

Mütəxəssislər Təlim mərkəzlərinin zəruri informasiya texnologiyaları avadanlıqları ilə təmin edilməsinə paralel mərkəzlərdə çalışacaq  mütəxəssislərin zəruri bilik və bacarıqlarının artırılması işlərini də həyata keçirirlər. Koreyalı mütəxəssislər regionlarda yerli təlim mərkəzlərində quraşdırılmış avadanlıqların statusunu təftiş edərək Bakı təlim mərkəzi ilə şəbəkələrin yoxlanılmasını həyata keçirirlər.

Xatırladaq ki, "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması 2013-cü ilin aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb.

3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədləri elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL