waplog

“Google”un modulyar smartfonu Çin prosessoru ilə təchiz ediləcək


“Google”un “Project Ara” modulyar smartfon prototiplərinin üçüncü nəsli xüsusi hazırlanmış prosessorlarla təchiz ediləcək. “Ara” komandası Çinin “Rockchip” şirkətini özünə tərəfdaş seçib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Rockchip” şirkətinin yarımkeçiricilərin istehsalı üçün öz fabriki yoxdur, ancaq artıq təxminən on il multimedia qurğuları, son illərdə isə planşet və smartfonlar üçün çip hazırlamaqla məşğuldur. Şirkətin əksər çiplərində “ARM” arxitekturası tətbiq olunub.
 
Prosessorun növbəti ilin əvvəlinə hazır olacağı hesab edilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL