Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın növbəti iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının yubileyi qeyd olunacaq
Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası çərçivəsində "ICANN" korporasiyası ilə RRB arasında əməkdaşlıq və növbəti tədbirin keçiriləcəyi vaxt və ölkənin müəyyən edilməsi məsələsi müzakirə olunacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə dünən işini başa vurmuş Regional Rabitə Birliyinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclasında təsdiq olunmuş 20 layihə komissiyanın müzakirəsinə təqdim edilib və bu layihələrlə bağlı rəylərin sentyabrın 8-dək bildirilməsi təklif olunub.
Eyni zamanda, Komissiyanın növbəti iclasının gündəliyinə 2015-ci ilin may ayında beynəlxalq telekommunikasiya ittifaqının yaranmasının 150 illiyinin təntənəli qeyd edilməsi və “Reqional təşəbbüslər layihəsi”nin hazırlanması məsələlərinin əlavə edilməsi təklif edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL