waplog

Mobil rabitə abunəçilərinin sayına görə Çin liderdir


2014-cü ilin ikinci rübündə Rusiyada mobil rabitə abunəçilərinin sayı 5 milyon artıb. Müvafiq dövrdə Hindistanda da eyni artım qeydə alınıb: adıçəkilən ölkə abunəçilərin artımına görə Rusiya ilə birgə ikinci yeri bölüşüb. Çin birinci yerdə qərarlaşıb: artım 12 milyon abunəçi təşkil edib.
 
Dünyada mobil istifadəçilərin sayı 80 milyon artıb. İyunun sonunda dünyada 4.6 milyard istifadəçiyə məxsus 6,8 milyard aktiv SİM kart işləyib. Bu haqda “Ericsson” şirkətinin analitik hesabatında qeyd olunub.
 
“ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “Ericsson” şirkətinin məlumatına görə, ikinci rübün yekununa görə simsiz genişzolaqlı məlumatların ötürülməsi istifadəçilərinin sayı 2,4 milyona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% yüksəkdir. Mobil şəbəkələrdə məlumatların trafik həcmi daha intensiv artır: ikinci rübdə 60% artaraq 2500 petabayt təşkil edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL