“Arzuladığımız dünyanı innovativ gələcəklə quraq”
Gəncədə “Arzuladığımız dünyanı innovativ gələcəklə quraq” (Create İnnovative Future - Reshape the World) devizi altında keçirilən “Gəncə-14” forumu artıq başa çatıb. Prezident yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Avropa Gənclər Parlamenti Azərbaycan” tərəfindən təşkil olunan forum 14 ölkədən olan 70 gənci Gəncə şəhərinə toplayıb.
Gənclər Təşkilatından bildirilib ki, Azərbaycanda ilk bu növ beynəlxalq forumun keçirildiyi məkanın Gəncə şəhəri olması da təsadüfi deyil. Səbəb Gəncə şəhərinin 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” elan olunmasına dəstək xarakteri daşımasıdır:
“Forumun ilk günü Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Andorra Respublikasının ilk baş naziri Oskar Ribas Reiq ilə “dəyirmi masa” keçiriblər. Görüş zamanı xarici qonaqlara Gəncə şəhəri haqqında ətraflı məlumat verilib. “Gəncə-14” forumunun rəsmi açılış mərasimində Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin sədri Milana İbrahimova, Təşkilat Komitəsinin həmsədri Tayfun Qüdrətli, Avropa Gənclər Parlamentinin Regional İnkişaf Şurasının üzvü, Prinston Universitetinin fəxri doktoru - Dr. Alan Flovers və forumun prezidenti Koka Kapanadze çıxış ediblər”. Növbəti günlərdə forum iştirakçıları 6 komitəyə bölünərək bütün Avropa məkanında gündəmdə olan problemlərini araşdırıb qətnamələr hazırlayıblar: “Həmçinin Gəncə şəhəri Heydər Əliyev Mərkəzində layihə çərçivəsində Baş Assambleya keçirilib. Baş Assambleyanın yekununda təqdim edilmiş 6 qətnamənin hər biri qəbul edilib. Qəbul olunmuş qətnamələr arasında ən çox səs toplayan isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanda 2013-ci ildən fəaliyyət göstərən və vətəndaşlara xidmət sahəsində innovativ dövlət qurumu olan “ASAN Xidmət” modelini təbliğ edən qətnamədir”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL