waplog

Azərbaycanla Belarus birgə qrant layihəsi üzrə tədqiqatın nəticələrini müzakirə edib


Belarus Dövlət İnformatika və Radiotexnika Universitetində azərbaycanlı mütəxəssislərlə görüş keçirilib.
Görüş “3d keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu  ZnO  və ZnSnAs2  birləşmələrinin struktur, elektron və maqnit xassələrinin  təməl prinsiplərdən  tədqiqi”  adlı Azərbaycan-Belarus birgə qrant layihəsi çərçivəsində aparılmış tədqiqatların nəticələrini müzakirə etmək məqsədi daşıyıb.
 
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutundan (Fİ) məlumat verilib. İnstitutdan bildirilib ki, görüşdə Fİ-nin İnnovasiya sektorunun əməkdaşı, Azərbaycan Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, layihə rəhbəri  Hüseyn Orucov və fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova  iştirak ediblər.
 
Belarusun paytaxtı Minsk şəhərində ezamiyyətdə olan azərbaycanlı mütəxəssislər universitetdə təşkil olunmuş görüşdə layihənin belaruslu həmrəhbəri,  texnika elmləri üzrə fəlsəfə doktoru Viktor Romanoviç Stempetçki və layihə iştirakçıları ilə sözügedən layihə ətrafında fikir mübadiləsi aparıblar.
 
Beşgünlük səfər müddətində universitetin  rektoru, professor Mixail Pavloviç Batura  və beynəlxalq əlaqələr şöbəsinin rəis müavini İrina Vasilyevna Letkovskaya ilə də  görüşlər  keçirilib, magistr və aspirantların mübadiləsi ilə bağlı məsələlər, həmçinin gələcəkdə birgə əməkdaşlığın inkişaf planları müzakirə olunub. Ezamiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu  maliyyələşdirib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL