waplog

Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları üzrə təlim kursu keçirilib


Kosmik Tədqiqatlar üzrə Komitə (COSPAR) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) təşəbbüsü ilə Rusiya Federasiyasının Tver şəhərində Tver Dövlət Universitetində təşkil edilmiş “Məsafədən zondlama, su dövranı və iqlim dəyişmələri” mövzusunda seminar-təlim kursu başa çatıb.
 
Təlimə  Avropa Aerokosmik Agentliyi (ESA), Ümümdünya  Meteorologiya Təşkilatı, Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Peyk Meteorologiyası Təşkilatı (EUMETSAT),  həmçinin Rusiya Federasiyası  Elmlər Akademiyası (RAN) və digər təşkilatlarda çalışan yüksəkixtisaslı mütəxəssislər cəlb olunub. 10 günlük təlim kursunda Azərbaycandan AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizi problemləri  şöbəsinin elmi işçisi Elnur Səfərov iştirak edib.
 
 İnstitutdan bildirilib ki, təlim müddətində iştirakçılar “Peyk müşahidə məlumatlarının hidrometeoroloji proseslərin tədqiqində və ətraf mühitin monitorinqində rolu”, “Peyk təsvirlərinin emalı, peyk məlumatları bazaları və onlarla iş qaydaları”,  “Okeanoloji proseslərin peyk müşahidə məlumatları vasitəsilə  tədqiqi”  və s. mövzularda mühazirələr dinləyib, praktiki məşğələlərdə yaxından iştirak ediblər. İştirakçılar, o cümlədən də gənc alim E.Səfərov təlim kursunu müvəffəqiyyətlə başa vuraraq, məsafədən zondlama sahəsində Beynəlxaq Sertifikata sahib olub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL