Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İstehsalat Birliyi regional qovşaqlarını abadlaşdırır
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İstehsalat Birliyi,
Kürdəmir Telekommunikasiya Qovşağının abadlaşdırılması ilə bağlı təkliflər sorğusu elan edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sorğu Kürdəmir Qovşağının İnzibati və Texnoloji binasının I və II mərtəbələrində əsaslı təmir, dam örtüyündə cari təmir, həyətyanı sahədə abadlıq, arxa fasadın əsaslı təmiri və mərkəzi istilik sisteminin quraşdırılması üzrə təkliflər sorğusu üsulu ilə satın alınmasını nəzərdə tutur.
Təkliflər sorğusunda iştirak etmək üçün iddiaçılar sənədlərini sentyabrın 1-dək təqdim etməlidirlər. Maraqlanan təşkilatlar 020-255-11-99; 050-411-59-80 (mob) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL