“Desire 510” smartfonu nümayiş etdirilib
“HTC” şirkəti “Desire 510” smartfonunu nümayiş etdirib: ucuz aparat LTE şəbəkəsini dəstəkləyir, həmçinin 1,2 QHs takt tezlikli dördnüvəli 64 bitlik “Qualcomm Snapdragon 410” çipi ilə təchiz edilib.
Cihaz 480×854 nöqtə təsvir ölçülü 4,7 düymlük ekran, 1 QB həcmində əməli yaddaşla təchiz edilib.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “HTC Desire 510” smartfonunda daxili yaddaşın həcmi 8 QB təşkil edir, “microSD” yaddaş kartı üçün slot var. Smartfon, həmçinin 5 meqapiksellik əsas kamera və 0,3 meqapiksellik ön fotomodul, simsiz rabitə modulları dəsti, GPS və QLONASS modulları ilə təchiz olunub.
Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL