waplog

Azərbaycan elektron imza tariflərinin müəyyən edilməsi üzrə qaydaların beynəlxalq müzakirəsinin təşəbbüskarı kimi çıxış edib


Sentyabrın 22-24  tarixlərində Daşkənddə (Özbəkistan) Regional Rabitə Birliyinin informasiyalaşdırma və kommunikasiyalar iqtisadiyyatı üzrə komissiyalarının birgə 31/34-cü iclası keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan RRB-nin iclaslarında elektron imzanın istifadəsi üzrə tariflərin müəyyən edilməsi qaydalarının müzakirəsinin təşəbbüskarı kimi çıxış edəcək.
 
Tədbirdə eyni zamanda, informasiya cəmiyyətinin inkişafı sahəsində MDB ölkələrinin əməkdaşlıq strategiyasının həyata keçirilməsi, 2015-ci ilədək onun reallaşdırılması üzrə fəaliyyət planı və bir sıra digər məsələlər müzakirə olunacaq.
 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL