waplog

Azərbaycan beynəlxalq İKT Sammitində təmsil olunacaq


Azərbaycan Daşkənddə sentyabrın 23-də keçiriləcək İKT Sammitində təmsil olunacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sammit Daşkənddə  keçiriləcək “İnfoCom-2014”  İKT Həftəsi çərçivəsində təşkil olunacaq.
 
Bu il Sammitdə Azərbaycanla yanaşı, Koreyanın, Rusiyanın,  Belarusun, Qazaxıstanın, Tacikistanın, Estoniyanın, Almaniyanın, Niderlandın, Çex Respublikasının və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Sammit hər il beynəlxalq təşkilatların, dövlət və biznes sektorunun nümayəndələrini ətrafında toplayır. Mütəxəssislər sahənin son bir ildə inkişaf tempini, dünya tendensiyalarını müzakirə etmək, bu sahədə təcrübə mübadiləsi aparmaq və İKT sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək üçün toplaşır. Artıq tədbirə qeydiyyat və məruzəçilərin məruzələrinin qəbuluna başlanılıb. Teledebatların ümumi sayı 500 nəfərdən çox olacaq.
 
Sammitin seksiya iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və “İnformasiya resursları və internet” mövzuları üzrə aparılacaq. Əsas müzakirə mövzularından biri Elektron Hökumətin inkişafı olacaq. İştirakçılar eyni zamanda ölkədə milli İKT-nin inkişafı proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti və s. aktual məsələləri müzakirə edəcəklər.    
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL