waplog

Azərbaycan şirkətləri “Electronics İndia Expo”-ya dəvət olunurlar


2015-ci il 26-27 mart tarixlərində Nyu-Dehli şəhərində Hindistan Elektronika və Kompüter Proqram Təminatının İxracının Təşviqi Şurası Ticarət və Sənaye Nazirliyinin sponsorluğu ilə beynəlxalq B2B tədbiri olan “Electronics İndia Expo” sərgisini keçirməyi planlaşdırır.
 
Hindistanın ən böyük elektronika ticarəti və istehsalı şirkətləri öz malları, bacarıqları və innovasiyalarını nümayiş edəcəklər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
 
AZPROMO-dan bildirilib ki, sərgidə yeni texnologiyalara əsaslanan bir sıra məhsullar istehsala çıxarılacaq. Burada hazır məhsul və texnologiyalar, istehlak malları, telekommunikasiya malları, alət, ofis ləvazimatı, tibb alətləri, kompüterlər, günəş enerjisi, güclü cərəyan elektronikası, elektronika komponentləri, aktiv, passiv yarımkeçiricilər, günəş enerjisi, şəbəkələrarası əlaqə vasitələri, elektronikanın istehsalı üzrə xidmətlər təqdim olunacaq:
 
“Sektorun bütöv dəyər zənciri tədbirdə təmsil olunacaq. Tədbirdə iştirak edənlər Hindistanın Elektronika avadanlığını istehsal edən şirkətləri ilə əlaqə qurmaq imkanına malik olurlar”.
 
Hindistan Səfirliyinin verdiyi məlumatlara görə, Şura hər iştirak edən şirkətdən bir nümayəndəsinin təyyarə biletini ödəyəcək. Tədbirə yalnız elektronika mallarını idxal edən və ya Hindistan şirkətləri ilə birgə iş qurmaq niyyətində olan azərbaycanlı şirkətlər qatıla bilər. İştirak etmək üçün ərizə verməyə son müddət 2014-cü il oktyabrın 20-dir. Sərginin Nəzarət Komitəsi ərizə vermiş şirkətlərdən gələcək iştirakçıları özü seçəcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL