waplog

Yüksək Texnologiyalar Parkı Estoniya şirkəti ilə memorandum imzalayacaq


Sentyabrın 28-də Estoniyada Azərbaycan-Estoniya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.
 
Eyni zamanda, komissiyanın iclasında “Lampserve inc” Estoniya-Yapon    şirkəti ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında birgə tədqiqatların aparılması haqda niyyət memorandumunun imzalanması nəzərdə tutulur.
 
Memorandum çərçivəsində LED lampaların istifadəsi ilə radiodalğalar üzərindən “Wi-Fi” məkanın yaradılması və yüksək sürətlə internetə çıxışın təmin edilməsi üzrə innovativ texnologiyanın tətbiqi sahəsində birgə tədqiqatların aparılması nəzərdə tutulur.
 
Aynur Vəliyeva  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL