waplog

“Galaxy” smartfonlarının Avropada satışı qadağan edilib


Haaqa Məhkəməsi “Samsung” smartfonlarının 3 modelinin bir neçə Avropa ölkəsində satışına müvəqqəti qadağa qoyub. Bu barədə Hollandiya Ali Məhkəməsinin saytında bildirilib. Qadağa “Apple” şirkətinin tələbinə görə qoyulub və oktyabr ayının ortalarında qüvvəyə minəcək.

Satışlarına qadağa qoyulmuş modellərin siyahısına “Galaxy S”, “Galaxy S II” və “Galaxy Ace” aparatları daxildir. Məhkəmə onların “Apple” şirkətinin 1 patentini pozduğunu qərara alıb. Həmin patentdə şəkillərə baxmaq üçün proqramın interfeysi təsvir edilir.

Qurğuların satılması patentin qüvvədə olduğu ölkələrdə qadağan edilir. “FOSS Patents" bloqunun məlumatına görə, həmin ölkələr Böyük Britaniya, Almaniya, İrlandiya, Hollandiya, İsveçrə və İsveçdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL