waplog

Norveçlilər partlayışa davamlı smartfon istehsal edib


Norveçin "Pixavi" şirkəti ekstremal şərait üçün nəzərdə tutulmuş "Impact X" smartfonunu buraxıb. Aparat "ATEX" və "IECEx" təlimatlarına uyğun sertifikatlaşdırılıb, qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Smartfonun ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, smartfon 2 metr hündürlükdən yerə düşdükdə zədələnmir. "Impact X" smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Ekran 2 millimetrlik "Gorilla Glass 2" şüşəsi ilə təchiz edilib. Prosessor haqqında hələ ki informasiya yoxdur. Aparata "Android 4.2.2 Jelly Bean" platforması quraşdırılıb.
 
Aparatın qiyməti dəqiq məlum deyil.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL