“YT Park” Pirallahıda ona ayrılan torpaq sahəsinin abadlaşdırılması üzrə işlərə başlayır
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC Pirallahıda ona ayrılan torpaq sahəsinin abadlaşdırılması üzrə işlərə başlayır.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "YT Park" MMC bu məqsədlə Pirallahı adasında tikiləcək Yüksək Texnologiyalar Parkı üçün ayrılmış 50 ha torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün işlərinin və xidmətlərinin satın alınması üzrə
təkliflər sorğusu elan edib.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 4-dək qəbul olunur. Maraqlanan təşkilatlar (012) 310-14-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL