Bu ilin sonuna kimi analoq yayım dayandırılmayacaq
Göyçay və ətraf rayonlarda Azərbaycan Dövlət Televiziyası (AzTV) və İctimai Televiziyanın (İTV) analoq yayımının gecə saat 1-dən sonra dayandırılması, adıçəkilən kanalları yalnız peyk vasitəsilə izləməyin mümkün olması ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumat yanlışdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, hazırda Azərbaycanda rəqəmsal yayım ölkə ərazisinin 97 faizini əhatə edir. Televiziya kanalları həm analoq, həm də rəqəmsal yayım üzərindən həyata keçirilir.
Azərbaycanda analoq yayım yalnız bu ilin sonunda Nazirlər Kabinetinin müvafiq qərarından sonra dayandırıla bilər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL