“Google” bağlamaların çatdırılmasında dronlardan istifadə etmək niyyətindədir
"Google" bağlamaların çatdırılması üçün dronunu sınaqdan keçirib. Bu haqda şirkətin "YouTube" portalındakı hesabında məlumat verilib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, sınaq Avstraliyanın Kvinslend ştatında keçirilib. Xəritədə robotun hərəkətini izləmək mümkündür. Aparat təyin edilmiş nöqtəyə çatdıqda konteyner trosun köməyi ilə həmin əraziyə endirilir.
"The Wall Street Journal" (WSJ) nəşri yazır ki, dronun hündürlüyü 75 sm təşkil edir, dörd vintin köməyilə müxtəlif istiqamətlər üzrə hərəkətini tənzimləyir. "Google"dan bildirilib ki, hələ ötən ildən sınaqlara başlanılıb.
Şirkətin nümayəndələri hesab edir ki, dronların köməyi ilə yüklər yaxın ərazilərə çatdırılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL