“Azərpoçt” müştəriləri üçün sərfəli “Qiymətsiz üstünlüklər” kampaniyası başlayır
“Azərpoçt” MMC-nin “MasterCard” loqolu beynəlxalq ödəniş kart istifadəçiləri üçün yeni kampaniya başlayıb. “Qiymətsiz üstünlüklər” adlanan kampaniya 1 sentyabr 2014- 31 dekabr 2015-ci il tarixinə qədər davam edəcək.
“MasterCard”-a sahib olanlar Azərbaycanın ən lüks mağazalarında unikal imtiyazlardan istifadə edəcəklər. Həmçinin restoran, pərakəndə satış və s. kimi xidmət sahələrində kart sahibləri 10 faiz həcmində endirimlərdən yararlanacaqlar.
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən indiyə qədər 22000 ədəd “MasterCard” loqolu beynəlxalq ödəniş kartı emissiya edilərək müştərilərə təqdim olunub. MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı hazırda 11000 ədəddir. Cari ilin ilk altı ayı ərzində MMC-yə məxsus ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 13.3 milyon AZN-i keçib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL