waplog

Ekvador dünyada ilk dəfə elektron valyuta yaradır


"Associated Press" agentliyi yazır ki, Ekvador dünyada birinci dövlət elektron valyutası yaratmağı planlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, bu, dollardan milli məzənnə kimi imtina edilməsi yolunda atılacaq ilk addım ola bilər.
 
Planlaşdırılan virtual valyuta hələ ki adsızdır, pul vahidinin buraxılması dekabrda nəzərdə tutulub. Ekvador məmurları deyiblər ki, valyuta bitkoinə oxşamayacaq. Elektron valyutanın həcmi əhali arasındakı tələbatdan asılı olacaq.
 
Yeni pul vahidi dollarla tandem şəkildə mövcud olacaq və Latın Amerikası ölkəsinin ənənəvi bank xidmətlərindən istifadə edə bilməyən əhalisinə hesablanıb. Beləliklə, ekvadorlular mobil telefonların vasitəsilə virtual valyutanın köməyi ilə hesablaşacaqlar.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL