waplog

Avropa İttifaqında çox enerji sərf edən smartfon və məişət cihazlarının satışı qadağan olunacaq



2015-ci ilin əvvəlində Avropa İttifaqı (Aİ) rəsmiləri çox enerji sərf edən smartfon və mobil telefonların ittifaqa daxil olan ölkələrin ərazisində istehsalı və satışının qadağan olunması ilə bağlı təkliflə çıxış etməyi planlaşdırırlar.  
 
“The Telegraph” nəşrinin məlumatına görə, bundan əvvəl Avropa orqanları müvafiq qadağanı tozsoran, paltaryuyan maşın, soyuducu və televizorlar üçün tətbiq ediblər. Hazırda isə bu qadağanın digər məişət cihazları - fen, elektrik çaynik, otbiçən maşın və smartfonlar üçün tətbiq edilməsi nəzərdə tutulur.
 
Yeni qaydaların qüvvəyə minməsi istehsalçılara mənfi təsir göstərə bilər. Belə ki, Avropa Komissiyasının sifarişi ilə keçirilən tədqiqatın nəticələrinə görə, yeni məhdudiyyətlərin qəbul edilməsi Aİ ərazisində satılan bütün cihazların üçdə bir hissəsinə şamil olunacaq.
 
Təklif olunan qadağanın ayrı-ayrı smartfon modellərinə aid ediləcəyi gözlənilir.
 
“Aİ-nin bütün ölkələri enerjidən istifadənin səmərəliyinin artırılmasının ümumi enerji istehlakından və enerji resursları tədarükçülərindən asılılığı azaltmaq üçün ən yaxşı üsul olması qənaətindədir. Bu, iqlimə də təsiri azaldır. Məhz bu səbəbdən kiçik elektrik cihazları üçün müvafiq məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar qəbul edilməlidir”, - Aİ-nin energetika üzrə komissarı Günter Ettinqer deyib, - "NEWSru.com” www.newsru.com yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL