waplog

Radio avadanlığı bazarında artım tempi artıb


"Dell'Oro Group" analitik şirkətinin məlumatına görə, 2014-cü ilin ikinci rübündə mobil şəbəkələr üçün radio avadanlığı (Radio Access Network, RAN) bazarının həcmi artıb.

 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, RAN satışları üzrə yüksək dinamika Kanada, Yaponiya, Koreya və ABŞ kimi inkişaf etmiş LTE bazarlarda müşahidə olunub. Bu da həmin ölkələrdə mobil operatorlar arasında rəqabətin yüksək olması ilə izah edilir.


Avropa və Çində də analoji vəziyyət qeydə alınıb: Çin ilin birinci yarısında radio avadanlığı üzrə ən böyük satış nöqtəsi olub. Asiya-Sakit okean regionunu nəzərə almasaq, o zaman qlobal RAN bazarı ilin birinci yarısında 10 faizdən az inkişaf edib.


Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL