“Gənclərin informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması” layihəsi başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması” layihəsi artıq başa çatıb.
Layihənin məqsədi gənclər arasında informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması və asudə vaxtını səmərəli keçirməsinə dəstək olmaqdır. Layihə rəhbəri Ələkbər Nəzərov tərəfindən Gəncə və Lənkəran şəhərlərində təşkil olunan təlim zamanı gənclərə informasiya texnologiyaları haqqında bilikləri özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılıb. Onun sözlərinə görə, layihə gənclər tərəfindən maraqla qarşılanıb:
“Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib, onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edibdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL