Tələbələr smartfon asılılığından əziyyət çəkir
Beylor Universiteti tərəfindən aparılan araşdırmadan məlum olub ki, hazırda bəzi tələbələrdə yeni asılılıq tipi - smartfon asılılığı yaranıb. Hesabata əsasən, bir sıra tələbə qızlar gündə smartfona 10 saat sərf edir. Bu, smartfon asılılığından əziyyət çəkən gənc oğlanlardan iki dəfə çoxdur. Araşdırmalar sübut edib ki, smartfondan çox istifadə tələbələrin dərsə davamiyyətinə mənfi təsir göstərir.
Məlumata görə, smartfonlardan asılılığı olan tələbələr gündə mətnli məlumatların yığılmasına təxminən 94,6 dəqiqə, elektron poçtun göndərilməsi və baxılmasına 48,5 dəqiqə sərf edir, 38,6 dəqiqə “Facebook” sosial şəbəkəsində, 34,4 dəqiqə internetdə və 26,9 dəqiqə musiqinin dinlənilməsində keçirir. Rəyi soruşulan tələbələrin 60 faizi gizlətmir ki, onların həqiqətən öz mobil telefonlarından asılılığı var. Onlardan bəziləri bildirib ki, telefon göz qabağında olmayanda həyəcan keçirir və narahat olur.
Tədqiqatçıların sözlərinə görə, “Instagram” və “Pinterest” kimi bir sıra əlavələr həqiqətən tələbənin smartfondan nə dərəcədə asılı olmasını göstərə bilər. Tədqiqatçı Ceyms Robertsin qənaətinə görə, telefon tələbələr tərəfindən sinifdə və ya ətrafdakıların təzyiqindən yayınmaq üçün istifadə oluna bilər. Onun fikrincə, mobil telefonlar insanları eyni anda azad və özünə tabe etməsinə görə əsl paradoksdur.
“Mobil telefonun imkanları və funksiyaları artdıqca ondan asılılıq daha real problemə çevrilir”, - C.Roberts qeyd edib, - "4PDA www.4pda.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL