waplog

Ayaqqabılar sahibinə yol göstərəcək


Hindistanlı startapçılar öz sahibinə yolu göstərən ayaqqabı düzəldiblər. Sözügedən ayaqqabı hələ 2011-ci ildə düşünülüb, indi təxminən 50 insan ondan istifadə edir.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qırmızı rəngli ayaqqabı GPS-in köməyi ilə məkanı və marşrutu müəyyənləşdirir. Lazımi istiqamətin göstərilməsi üçün ayaqqabıya quraşdırılmış xüsusi qurğu vibrasiya yaradaraq sahibini hərəkət istiqamətini dəyişdirmək haqda xəbərdar edir.
 
Ayaqqabı “Bluetooth siqnallarının köməyi və smartfon üçün xüsusi tətbiqlə idarə olunur. Adi batareya vasitəsilə enerji toplanılır. Həmçinin hərəkət zamanı sərf edilmiş kalori hesablanır.
 
Ayaqqabının qiyməti təxminən 100-150 dollar civarındadır. Əsas sifarişçilər istirahəti zamanı öz hərəkət marşrutu haqqında narahatçılıq keçirmək istəməyən turistlərdir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL