waplog

Dünyanın ən kiçik “3G” modemi yaradılıb


“Intel” şirkəti 300 kv.mm ölçüsündə dünyanın “XMM 6255” adlı ən kiçik “3G” modemini hazırlayıb. Modemin ölçüsü 1 sentlik sikkədən bir qədər böyükdür.
 
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “XMM 6255” modemi “SMART UE2p” radiotezlik qəbuledici ötürücüsü, yaddaş modulu və daxili enerji blokundan ibarətdir. Maksimal yükləmə sürəti saniyədə 7,2 meqabit (MB) və serverə yükləmə sürəti saniyədə 5,6 MB təşkil edir.
 
 
“Intel” şirkətindən bildirilib ki, “XMM 6255” modemi daşınan elektronika, həmçinin "ağıllı ev" texnologiyasının inkişafında geniş tətbiq edilə bilər. Məsələn, “3G”-modem məişət texnikası, həmçinin mühafizə sisteminə quraşdırıla bilər.
 
Bundan başqa, şirkət nümayəndələri bildiriblər ki, “XMM 6255” modemi istiliyə qarşı davamlıdır və ekstremal şəraitlərdə işləyə bilər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL