Britaniyalılar qızıl “iPhone 6” üçün sifarişlərin qəbuluna başlayıblar
Britaniyanın “Goldgenie” şirkəti qızıl korpusla təchiz edilmiş “iPhone 6” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Həm ənənəvi (qızıl və ya platin korpus), həm də Svarovski kristallarından istifadə edilmiş aparatlar təklif edilir. Bundan başqa, cihazın arxa panelinə yeddi dövlətin (Küveyt, İraq, Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) gerbi həkk edilmiş “iPhone 6” smartfonunun 99 nüsxəsi satışa çıxarılacaq.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, şirkətin iddiasına əsasən, artıq bir neçə həftədən sonra bu smartfonu satın almaq mümkün olacaq. “Goldgenie” şirkətinin müştəriləri 4,7 düymlük ekranlı modelə ümid edə bilərlər.
Qızıl korpuslu standart versiyanın qiyməti 3500 dollar olacaq. Hazır məhsul qiymətli növə məxsus ağac qutuda tədarük olunur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL