TASİM-lə bağlı Çində təqdimat keçiriləcək
Azərbaycanın həyata keçirdiyi regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi ilə bağlı Çində təqdimat keçiriləcək. Sentyabrın 16-17-si tarixlərində nəzərdə tutulmuş mərasimdə layihə ilə bağlı hazırlanmış broşürlər təqdim olunacaq.
Qeyd edək ki, TASİM layihəsinin akademik işləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən həyata keçirilir və artıq layihə üzrə yazılar İtaliyada, Çin Xalq Respublikasında tanınmış mütəxəssislər tərəfindən araşdırılıb, elmi məqalə formasında hazırlanıb.
Hazırda ÇXR-in ən nüfuzlu beyin mərkəzlərindən biri olan Müasir Beynəlxalq Akademiyasının İnformasiya və Cəmiyyətin İnkişafı Araşdırmaları üzrə şöbəsinin müdir müavini, professor xanım Tan Lan tərəfindən “Çinin rəqəmsallaşma təcrübəsi və onun TASİM layihəsinə təsiri” ( “China’s Informatization Experience and Its Reference Significance for the TASIM Project”) adlı yazı hazırlanıb. Bu material broşür halında SAM tərəfindən çap olunub.
Məlumat üçün bildirək ki, Çinin Müasir Beynəlxalq Akademiyası müxtəlif regionları araşdıran 11 departamentə, 400-dən artıq işçi heyətə və 150-dən çox baş elmi işçiyə malikdir. ÇXR-də beynəlxalq tədqiqatlar üçün ən böyük, qədim və ən nüfuzlu beyin mərkəzlərindən biri hesab olunur.
Təqdimat mərasimində TASİM layihəsinin İşçi Qrupunun rəhbərliyi iştirak edəcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL