waplog

Azərbaycan startapları “Startup İstanbul” mentorluq və təlim proqramına qoşulacaqlar


Sentyabrın 30-da İstanbulda “Startup İstanbul” mentorluq və təlim proqramı keçiriləcək. “Startup İstanbul”a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq.
 
Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər. Tədbirə Azərbaycanın startapları da qoşulacaqlar. “http://webbala.com/” -un məlumatına görə, ənənəvi tədbirdə bu il ölkəmizi üç startup – “Manads”, “BethClip” və “Butarek” təmsil edəcək.
 
“Manads” - ötən ilin may ayında fəaliyyətə başlayan, mobil reklam sferasına yenilik gətirməyi hədəfləyən startapdır. Fevral ayında Antalyada keçirilən “Startup Turkey”-də də iştirak edərək, bununla türk və xarici investorların diqqətini cəlb edən “Manads” aprel ayında dünyaca məşhur startup yarışması “Seedstars World”ün Bakı finalının qalibi olub. Bu günlərdə Türkiyədə də fəaliyyətə başlayacağı nəzərdə tutan “Manads İstanbul səfərindən əlverişli nəticə ilə dönmək niyyətindədir. “BethClip” isə mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən startap yarandığı vaxtdan ölkədə maraqla qarşılanıb.
 
 “Yeni Fikir Müsabiqəsi 2014” müsabiqəsində birinci yeri qazanan layihə ötən ay Ukraynada keçirilən “Lion Farm” proqramında final mərhələsinə yüksələrək, Silikon Vadisində təcrübə keçmək imkanı qazanıb. “Butarek” - internet reklamçılıq prosesini sadələşdirmək, effektivliyini artırmaq üçün yaradılan startup ölkənin veb-saytlarını, reklam agentliklərini və reklam verənlərini bir sistem altında toplayacaq, hər üç tərəfin internet reklamçılıqla bağlı olan ehtiyaclarını qarşılayacaq və tərəflər arasında interfeys vəzifəsini yerinə yetirəcək sistem təqdim edir. Belə tədbirlərdə iştirak startup komandasına təcrübə, dünyagörüş, yeni ideyalar qazandırmaqla yanaşı, həm də investisiya qazandıra bilir.
 
 
Mənbə onu da qeyd edir ki, “Twitter”, “Facebook”, “Microsoft Ventures”, “Amazon”, “Udemy”, “Silicon Walley Bank” kimi şirkət nümayəndələrinin iştirakı tədbirin artan nüfuzundan xəbər verir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL