waplog

QKDK məlumatları jurnalistlərə SMS vasitəsilə ötürəcək


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu gündən etibarən komitəyə aid məlumatları jurnalistlərə SMS vasitəsilə çatdıracaq.
 
Bu barədə “ICTnews" elektron xəbər xidmətinə QKDK-nın mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov məlumat verib.
 
O bildirib ki, komitədə keçiriləcək tədbirlər, onların vaxtı, yeri, mövzusu haqqında jurnalistlərə mesaj göndəriləcək: “Biz dövlət qurumları arasında ilk dəfə olaraq bu sistemdən istifadə etməyi qərara almışıq. Bilirsiniz ki, hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyalarından informasiyanın yayılmasında, operativliyin təmin olunmasında, mətbuatla daha sıx əməkdaşlığın qurulması istiqamətində istifadə edilir. Biz də əməkdaşlığı daha da inkişaf etdirmək, komitənin həyata keçirdiyi işlərlə bağlı cəmiyyəti daha tez və ətraflı məlumatlandırmaq üçün mesaj sistemindən yararlanacağıq”.
 
Ç.Hüseynov əlavə edib ki, jurnalistlərə göndəriləcək məlumatlarda qısa məzmun əks olunacaq: “Hər kəsə məlumdur ki, SMS vasitəsilə geniş məlumat göndərmək mümkün deyil. Ona görə də mesajlar vasitəsilə “press-reliz”lər və ya komitənin rəsmi internet saytına yerləşdirilən məlumatlar barəsində məlumat veriləcək. Eyni zamanda jurnalistlərin internet ünvanlarına göndərilən məlumatlarla bağlı onların telefonlarına SMS gələcək. Çünki bəzən olur ki, e-maillərə məlumat göndərilir, lakin jurnalistlər bundan xəbərsiz olur və ya özlərinin internet poçtlarını vaxtında yoxlamırlar”.
 
 
Eyni anda 100-dən çox jurnalistə kütləvi SMS-in göndərildiyini vurğulayan Ç.Hüseynovun sözlərinə görə, mesajlar yalnız komitə ilə sıx əməkdaşlıq edən mətbuat nümayəndələrinə ünvanlanacaq.  
 
 
Bundan başqa, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan jurnalistlərinin doğum günlərini də e-maillərlə təbrik edəcək: “Bizim məlumat bazamıza jurnalistlərlə bağlı məlumat yerləşdirilib. Baza avtomatik olaraq doğum günü olan jurnalistlərə təbrik məktubu göndərəcək”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL