waplog

Dünyanın ən nazik korpuslu smartfonu təqdim ediləcək


"Gionee" şirkəti "Elife" istehsal xətti üzrə dünyanın ən nazik aparatı adına iddia edən smartfon hazırlayır. "S5.1" modelinin içliyi haqqında informasiya iki ay bundan əvvəl internetdə yerləşdirilib.
 
Gözlənildiyi kimi, yeni cihazın korpusunun qalınlığı 5,1 millimetrdən çox olmayacaq. Cari ilin fevralında təqdim edilmiş "Elife S5.5" aparatında korpusun qalınlığı 5,5 mm idi. Müqayisə üçün, "iPhone 5S" smartfonunda bu göstərici 7,6 mm, "Samsung Galaxy S5"-də isə 8,1 mm təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Gionee" şirkətinin yeni smartfonunu qabaqcıl adlandırmaq olmaz. Qurğu 4,8 düymlük AMOLED HD displeyi (720p), dördnüvəli "Snapdragon 400" prosessoru, "Adreno 305" qrafikası, 1 QB əməli yaddaş və 8 MP-lik kamera ilə təchiz ediləcək. Smartfonun korpusunun konstruksiyasında şüşə və metal materialları tətbiq ediləcək.
 
"Elife S5.1" aparatında daxili daşıyıcının həcmi 16 QB təşkil edəcək. MicroSD kartının köməyi ilə daxili yaddaşı genişləndirmək mümkün deyil. Həmçinin 2100 milliamper/saat tutumlu batareya, LTE şəbəkəyə qoşulmaq imkanı nəzərdə tutulub. Aparat "Android" platforması ilə işləyir. Qurğunun çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL