İstanbulda İnternet İdarəçilik Forumu keçirilir
Çərşənbə axşamı İstanbulda IX İnternet İdarəçilik Forumu işinə başlayıb. BMT-nin məlumatına görə, forumda 2500-dən çox hökumət, hökumətlərarası təşkilat, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də texniki ekspertlər iştirak edir.
Bu, qeyri-formal meydança bütün maraqlı tərəflərə internetin inkişaf məsələlərini, o cümlədən təhlükəsizlik və "rəqəmli fərqlilik" problemlərini müzakirə etməyə imkan verir.
Məlumata görə, 2014-cü ilin sonuna dünyada internet istifadəçilərinin sayı üç milyard nəfərə çatacaq. Onların üçdə iki hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşür. Lakin planetin dörd milyon əhalisi hələ də internetə çıxış imkanından məhrumdur və bu insanların əksəriyyəti də inkişaf etməkdə olan ölkələrin sakinləridir. Məsələn, Afrikada cari ilin sonunadək əhalinin yalnız 20 faizi internetə çıxış imkanı əldə edə biləcək, - " www.rosbalt.ru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL