waplog

“Nokia” “Anna”-nı “Belle” ilə əvəz etdi


“Nokia” şirkəti “Symbian” mobil əməliyyat sisteminin “Belle” kod adı ilə olan yeni versiyasını təqdim edib. O, “Symbian Anna”-nı əvəz edəcək.

“Belle”-nin funksiyaları arasında “NFC” kontaktsız kommunikasiya texnologiyası dəstəyi, miqyası böyüdülən vidjetlər və yenilənmiş status sətri və s. kimi yeniliklər var.

“Belle” ilə şirkətin 3 yeni smartfonu – “Nokia 700”, “701” və “600” işləyəcək. Hər 3 smartfon 1Qhz takt tezlikli prosessor və “NFC” çipi ilə təchiz ediliblər. Qurğuların sentyabr ayının sonuna kimi satışa çıxarılacağı bildirilib.

“Nokia 600” smartfonu güclü dinamik və FM qəbuledicisi olan musiqi smartfonu kimi xarakterizə olunub . Qəbuledicinin antennası qurğunun korpusunda yerləşir.

“Nokia 701” smartfonu digərlərindən ekranın (diaqonalı 3.5 düymə bərabərdir) daha böyük olması ilə fərqlənir. Ekran qoruyucu “Gorilla Glass” şüşəsi ilə örtülüb.

Fin şirkəti “Nokia 700” aparatını dünyada ən yığcam smartfon monoblok adlandırır; onun çəkisi 96 qramdır, ölçüləri 110x50.7x9.7 millimetrə bərabərdir. “Symbian Belle” əməliyyat sistemini, həmçinin “Nokia N8”, “E7”, “C7”, “C6-01”, “X7”, “E6” və “500” smartfonlarına quraşdırmaq mümkün olacaq.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL