Azərbaycanda hava nəqliyyatında gömrük işinin müasir texnologiyalar əsasında qurulmasına başlanılıb
Azərbaycanda hava nəqliyyatında gömrük işinin müasir texnologiyalar əsasında qurulmasına başlanılıb. Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində “Hədəf” Mərkəzi yaradılıb.
Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində açılan mərkəzin məqsədi hava nəqliyyatında gömrük işini müasir texnologiyalar əsasında qurmaqla, qaçaqmalçılıqla mübarizəni gücləndirmək və hədəfləri müəyyənləşdirməkdir.
Komitədən bildirilib ki, mərkəz Heydər Əliyev Beynəlxalq Hava Limanı, eləcə də Gəncə, Lənkəran və Qəbələ hava limanlarını əhatə edəcək, hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Bundan başqa, “Hədəf ” Mərkəzində Azərbaycan Respublikası ərazisindən keçən tranzit, idxal və ixrac yükdaşımalarında iştirak edən bütün nəqliyyat vasitələrinə də nəzarət olunacaq.
Qeyd edək ki, Azərbaycan Gömrük Xidmətinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı 1999-cu ildən başlayıb. Bu əməkdaşlıq indiyədək gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi işinə öz töhfəsini verib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL